Tramp Putindən nə xahiş edəcəyini açıqladı | SON XƏBƏR | SON XƏBƏR

Tramp Putindən nə xahiş edəcəyini açıqladı

tramp_putin_300x170ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə eyni masa arxasına oturacağı halda ondan ilk xahişinin nə olacağını açıqlayıb.

Bu etirafını o, “Foks Nyus” televiziyasına müsahibəsində deyib.

“Rusiyanın Böyük Səkkizliyə qaytarılması sərfəli olardı. Böyük Yeddilik sammitinin iştirakçıları vaxtlarının dörddə birini Rusiyanın müzakirəsinə xərclədilər.

Mən Rusiyanın yox, ABŞ-ın tərəfdarıyam. Lakin əgər Putinlə Kanadada eyni masa arxasında əyləşsəydim, ona “Xahiş edirəm, Suriyadan və Ukraynadan çıxın, siz orada olmamalısınız” sözlərini deyərdim”, – Tramp bildirib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>