Zakir Qaralov: Ləyaqətin zirvəsinə ucalmış şəxsiyyət | SON XƏBƏR | SON XƏBƏR

Zakir Qaralov: Ləyaqətin zirvəsinə ucalmış şəxsiyyət

Zakir-Qaralov2-300x228112Baş Prokuror: İkinci kitabdan fəsillər.

34-cü Fəsil

Prokurorluq orqanlarının gərgin, məsuliyyətli əməyə söykənən şərəfli iş və peşə fəaliyyətləri ilə bağlı uzun illərdən bəri apardığım jurnalist araşdırmaları və müşahidələrinə əsasən bu qənaətə gəlmişəm ki, Dövlət Başçısına, Dövlətə, dövlətçiliyə, xalqa hər zaman sarsılmaz sədaqət hissləri ilə şərəflə xidmət edən Baş Prokuror cənab Zakir Qaralovun birmənalı olaraq qızıl dövrünü yaşatdığı bu ali nəzarətedici orqanın qanunların aliliyinin bütün sahələrdə göz bəbəyi kimi qorunmasına xidmət etmələri, ölkə vətəndaşlarının konstitutsiya ilə təsbit olunan hüquq və azadlıqlarının pozulmamalarına yol verməmələri və xalqla, cəmiyyətin bütün təbəqələri ilə təmasda olmalarıdır. Digər hüquq-mühafizə orqanları ilə uğurlu, birgə fəaliyyətin, qabaqcıl təcrübələrin mübadiləsidə sonda müvəffəqiyyətli yenilikləri ortaya qoyur, qabaqlayıcı tədbirlərin məqsədyönlü maarifləndirici profilaktiki işlərində mütəmadi, davamlı həyata keçirilməsi prokurorluq orqanlarının ən ağır cinayətlərin belə isti izlərlə üstünün açılmasına, qatı cinayətkarların yaxalanaraq ədalətə təslimedilmələrini təmin edir.

Digər hüquq-mühafizə orqanları ilə birgə keçirilən əməliyyatlar cəmiyyətə müntəzəm olaraq Baş Prokurorluğun mətbuat xidməti tərəfindən verilən ətraflı, dolğun, məntiqli, təhlilli məlumatlarda birmənalı olaraq ölkə vətəndaşlarının bütün təbəqələri tərəfindən rəğbətlə qarşılanır, dəstəklənir və alqışlanır.

Ölkəmizin zıngin yeraltı, yerüstü sərvətlərinə əsrarəngiz təbiətimizin nadir incilərinə zərər verənlər, ziyanlıq törədənlərə qarşıda prokurorluq orqanlarının sərgilədikləri prinsipial, barışmaz mövqenin təsiri olaraq belə tipli cinayətlərin dinamikası xeyli aşağı düşmüşdür. Təbiətimizə qənim kəsilənlərə və belə həssas sahələrlə bağlı ortaya çıxan neqativ hallara qarşıda aparılan prinsipial mübarizənin sonunda toplanan materiallar uyğun təşkilatlar tərəfindən Baş Prokurorluğa göndərilməklə günahkarların qanun qarşısında cavab vermələridə bütün ciddiliyi, şəffaflığı ilə təmin edilir. Bu dediklərimiz, yazdıqlarımız Baş Prokuror cənab Zakir Qaralovun qızıl dövrünü yaşatdığı prokurorluq orqanlarının uğurlu yeniliklərlə zəngin məsuliyyətli peşə fəaliyyətlərinin bariz göstəriciləri, nümunələridir.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>