ABŞ SSRİ-nin hərbi sirlərini neçə ələ keçirdi? – ŞOK DETALLAR | SON XƏBƏR | SON XƏBƏR

ABŞ SSRİ-nin hərbi sirlərini neçə ələ keçirdi? – ŞOK DETALLAR

pic_5aeface6a17b443660ea51f61c1418a1_300x169Yalnız SSRİ və Rusiya qərb silahının nümunələrini araşdırmır, həm də ABŞ öz müttəfiqləri ilə birlikdə sovet və Rusiya silahlalarını daim tədqiq edirdi.

Bu haqda “The National Interest” nəşri yazıb.

Amerika nəşri qeyd edir ki, 1951-ci ildə Britaniya-Amerika komandası vurulmuş sovet reaktiv qırıcısı “MİQ-15”-i bərpa etməyi bacarıblar. Jurnalın yazdığına görə, fərari pilotlar sovet hərbi sirlərinin ötürülməsində əhəmiyyətli dərəcədə kömək etdilər. SSRİ-dən Viktor Belenkonun 1976-cı ildə “MiQ-25P”-lə Yaponiyaya uçuşu ən diqqətçəkən hadisə idi.

Nəşr yazır ki, sovet hərbi texnikasının “T-62” və “T-72” kimi tank nümunələri, piyada döyüş maşını və “Malyutka” kimi tank əleyhinə idarə olunan reaktiv mərminin ilk nümunələrini qərb hərbçiləri israillilərin əllərindən aldılar.

“Müharibənin belə bir əsas qaydası var: əgər siz döyüşdə öz silahınızdan istifadə edirsinizsə, sizin düşmənləriniz onu öz əllərinə keçirəcəklər”, - nəşr yekunlaşdırıb.

2018-ci ilin aprelində Suriya tərəfi Rusiyaya qərb silahının fraqmentlərini, xüsusi halda, partlamamış “Tomahawk” qanadlı raketinin hissələrini verib. Silahın elementləri Müdafiə Nazirliyinin xüsusi brifinqində nümayiş edilmişdi. Rusiya hərbçiləri bildirdilər ki, raketlərin elementləri öyrəniləcək və işin nəticələri Rusiya silahlarının təkmilləşdirilməsi üçün istifadə ediləcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>