Azərbaycan cüdoçusundan Praqada böyük uğur | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan cüdoçusundan Praqada böyük uğur

3fda0d4a-6561-4f61-93cd-c648ccd0b8e6_292_300x169Çexiyanın paytaxtı Praqa şəhərində gənc cüdoçuların Avropa Kuboku yarışına yekun vurulub.

Azərbaycan Cüdo Federasiyası xəbər verir ki, mötəbər turnirin ikinci günündə millimiz aktivinə daha bir medal yazdırıb.

81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev yalnız final qarşılaşmasında üstünlüyü əldən verərək Avropa Kubokunun gümüş medalına sahib olub.

Bununla da, cüdoçlarımız yarışı 2 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vuraraq ümumi medal sayında ikinci olublar.

Qeyd edək ki, 39 ölkədən 430 (280 oğlan, 150 qız) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan millisi 17 (12 oğlan, 5 qız) cüdoçu ilə təmsil olunub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>