Bakıda soyqırımlarla bağlı beynəlxalq mərkəz işə başladı | SON XƏBƏR | SON XƏBƏR

Bakıda soyqırımlarla bağlı beynəlxalq mərkəz işə başladı

yaqub-memmedov_264x187Dünya tarixçilərinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun nəzdində türk-müsəlman xalqlarına qarşı soyqırım problemi ilə əlaqədar beynəlxalq əlaqələndirmə mərkəzi fəaliyyətə başlayıb.

İnstitutdan verilən məlumata görə, bunu institut direktoru, akademik Yaqub Mahmudov Elmi Şuranın iclasında deyib. Yaqub Mahmudov bildirib ki, soyqırımla bağlı əlaqələndirmə mərkəzinin yaradılması barədə qərar “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımlar və deportasiyalar” mövzusunda Qusarda keçirilən V Beynəlxalq elmi konfransda qəbul olunub:

“Prezident İlham Əliyev soyqırım probleminə həsr olunmuş beynəlxalq elmi konfransların fəaliyyətini həmişə diqqət mərkəzində saxlayır və konfrans iştirakçılarına ənənəvi müraciət məktubları ünvanlayır. Soyqırım problemini daha dərindən araşdırmaq üçün dünyanın müxtəlif ölkələrindən olan alimlərin tədqiqatlarının əlaqələndirilməsi zəruridir”.

Elmi Şuranın qərarına əsasən, mərkəzdə soyqırım və deportasiyalar problemi üzrə tədqiqatlar aparan tanınmış mütəxəssislər fəaliyyət göstərəcək. Akademik deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədləri ermənilərin törətdikləri soyqırımları ifşa edən əvəzolunmaz tarixi mənbədir. Mərkəz dünyanın, o cümlədən türk-müsəlman ölkələrinin soyqırımlar və deportasiyalarla məşğul olan tədqiqatçıları arasında səmərəli elmi əlaqə yaradacaqdır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>