Belçikadan möhtəşəm qələbə
Bu gün Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.
Saat 18:00-da başlayacaq ilk görüşdə beşqat dünya çempionu Braziliya və Meksika yığmaları üz-üzə gələcək. Qarşılaşma “Samara Arena”da baş tutacaq.
Günün digər oyununda Belçika və Yaponiya yığmaları qarşılaşacaq. Görüş saat 22:00-da “Rostov Arena” stadionunda başlayacaq.
***
Neymar matçın 51-ci dəqiqəsində Braziliyanı hesabda irəli çıxardı: 1-0.
***
Firminyo matçın 88-ci dəqiqəsində komandasının 2-ci topunu vurdu: 2-0.
***
Braziliya Meksikaya 2-0 qalib gələrək 1/4 finala yüksəldi.
***
Belçika Yaponiyaya qarşı mübarizəyə başlayır.
***
Haraquçi matçın 48-ci dəqiqəsində Yaponiyanı hesabda irəli çıxardı: 1-0.
***
İnui görüşün 53-cü dəqiqəsində 2-ci qolu Belçikanın qapısından keçirdi: 2-0.
***
Belçika matçın 69-cu dəqiqəsində Verongenin qolu ilə fərqi azaltdı: 2-1.
***
Fellaini matçın 73-cü dəqiqəsində hesabı bərabərləşdirdi: 2-2.
***
Belçika matçın 94-cü dəqiqəsində Çarlinin qolu ilə 3-2 qalib gəldi. Bununla 1/4 finalda Braziliyanın rəqibi oldu.