Braziliya da mundialla vidalaşdı | SON XƏBƏR | SON XƏBƏR

Braziliya da mundialla vidalaşdı

braziliyaaaaa_300x16916:34

Bu gün Dünya Çempionatında dörddəbir final mərhələsinə start veriləcək.

Günün ilk matçında saat 18:00-da Fransa və Uruqvay milliləri qarşılaşacaqlar. Matç “Nijni Novqorod” stadionunda keçiriləcək.

Saat 22:00-da isə turnirin iki favoriti - Braziliya və Belçika yığmaları “Kazan Arena”da üz-üzə gələcəklər.

Braziliyada əsas heyət üzvü Kazemiro sarı vərəqə cəzalısı olduğu üçün matçda çıxış edə bilməyəcək. Digər zədəli Duqlas Kostanın Belçikaya qarşı oynayıb-oynamayacağı hələlik bilinmir.

***

Dünya Çempionatında dörddəbir final mərhələsinin ilk qarşılaşması artıq başlayıb.

***

Matçın 40-cı dəqiqəsində Fransanın oyunçusu Rafael Varan hesabı açıb: 1 - 0

***

62-ci dəqiqədə Qrizmanın dəqiq zərbəsi ilə Fransa fərqi 2 topa çatdırıb: 2 - 0

***

Beləliklə, Fransa rəqibinə 2-0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

***

DÇ-2018-in 1/4 final mərhələsində Bakı vaxtı ilə 22:00-da Braziliya və Belçika arasında matç başlayıb.

***

13-cü dəqiqədə top Fernandinyoya dəyərək, qapıya daxil olub və nəticədə avtoqol qeydə alınıb: 1 - 0

***
31-ci dəqiqədə Kevin de Brune Belçikanın ikinci qolunu vurub.

***

Renato Auqusto matçın 76-cı dəqiqəsində Braziliyanın qoluna imza atdı: 2-1.

***

Belçika Braziliyaya qalib gələrək yarımfinalda Fransaya rəqib oldu.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>