Brüsseldən Paşinyana soyuq duş | SON XƏBƏR | SON XƏBƏR

Brüsseldən Paşinyana soyuq duş

pashinyan-yeni_293x187NATO üzv dövlətlərinin Zirvə toplantısında iştirak etmək üçün Belçika paytaxtında səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşündə günəşli Ermənistandan gəlmiş qonaq gözlənilmədən Brüsselin soyuq duşuna məruz qalıb.

Aİ-nin görüşdən dərhal sonra yaydığı mətbuat üçün açıqlamada bildirilir ki, Avropa İttifaqı və təşkilatın ali nümayəndəsi – vitse-prezidenti ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ (Ermənistan-Azərbaycan, AZƏRTAC-ın qeydi) münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Xüsusi olaraq vurğulanır ki, “bu kontekstdə danışıqlarda qeyd-şərtsiz olaraq tərəflərin tam iştirakı zəruridir. (bax: https://eeas.europa.eu/headquarters/headquarters-homepage/48279/hrvp-federica-mogherini-meets-armenian-prime-minister-nikol-pashinyan_en?src=ilaw).

Bu fikirlər Brüsselin diplomatik məsələlərdə hələ kifayət qədər təcrübəsi olmayan Nikol Paşinyana açıq mesajı və uşaqcasına “Artsax hakimiyyəti adından və onun əvəzinə” danışıqlar aparılmayacağı ilə hədələyən Ermənistanın baş nazirinə cəfəngiyyatla məşğul olmamaqla bağlı xeyirxah məsləhətidir.

Beləliklə, Brüssel Ermənistanın yeni baş nazirinin ilk xarici səfərini (Moskva forpost üçün xarici ölkə deyil) qısa diplomatiya kursu ilə qeyd edib və ona xatırladırıq ki, münaqişə tərəfi kimi heç bir “artsax”dan söhbət getmir və gedə bilməz. Bakı ilə danışıqları isə o, əlbəttə, prosesi birdəfəlik dəfn etmək və münaqişənin qeyri-diplomatik həlli üçün yol açmaq istəmirsə, Ermənistanın lideri kimi özü aparmalı olacaq.

Çox ümid edirik ki, evinə dönən Paşinyanın yol boyu görüşün yekunlarını götür-qoy etmək üçün kifayət qədər vaxtı olacaq və onun ağlı başına gələcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>