Cennifer Lopez 49 yaşını belə qeyd etdi - FOTO | SON XƏBƏR | SON XƏBƏR

Cennifer Lopez 49 yaşını belə qeyd etdi – FOTO

20180725-jlo-20 (1)_300x169Dünən populyar müğənni və aktrisa Cennifer Lopezin 49 yaşı tamam olub.

Dünya ulduzu ad gününü çimərlikdə ailəsi, sevgilisi Aleks Rodrigez və yaxınlarının əhatəsində qeyd edib. Doğum günü şəkillərini Cey Lo öz İnstaqramında paylaşıb. Ulduz bu dəfə də ideal qarın əzəlləri və biçimli bədəni ilə pərəstişkarlarını heyran edib.

Sevgilisi Aleks Rodrigez isə sosial şəbəkədə ulduz haqqında çox təsirli təbrik yazıb:

“Uşaq olanda doğum günlərində yeni rəqs ayaqqabıları, yeni kompakt disk və s. bu kimi hədiyyələr alacağımız üçün çox həyəcanlanırdıq. Görürəm ki, artıq hər şey dəyişib. Cennifer isə xoşbəxtliyini başqaları ilə bölüşməkdə tapıb. Mən ümid edirəm ki, ilin 365 gününü uşaqlarımıza, ailəmizə və bütün dünyaya həsr edən insana xoşbəxtlik bəxş edə bilərik. Mən səni sevirəm”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>