Cüdoçularımız Almaniyada 3 medal qazandılar | SON XƏBƏR | SON XƏBƏR

Cüdoçularımız Almaniyada 3 medal qazandılar

37586879789_249x187Almaniyanın Sarbrüker şəhərində cüdo üzrə Avropa Kuboku yarışı keçirilir.

Qitə turnirinin ilk günündə millimizin üzvləri 3 medal qazanıblar.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Kəramət Hüseynov və Vüqar Şirinli bürünc medal əldə edib. 73 kq çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev də bürünc medala yiyələnib.

Qeyd edək ki, 26 ölkədən 387 (269 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı mötəbər turnirdə Azərbaycan millisi 10 cüdoçu ilə təmsil olunur.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>