Cüdoçularımız Avropa Kubokunun qalibi oldu | SON XƏBƏR | SON XƏBƏR

Cüdoçularımız Avropa Kubokunun qalibi oldu

cudi_300x176Almaniyanın Sarbrüker şəhərində cüdo üzrə Avropa Kuboku yarışına yekun vurulub.

Mötəbər turnirin ikinci günü millimiz üçün daha uğurlu olub. Belə ki, təmsilçilərimiz 2 qızıl, 1 gümüş medal qazanıb.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. +100 kq çəki dərəcəsində isə Azərbaycan finalı yaşanıb. Belə ki, həlledici görüşdə Uşanqi Kokauri və Şahin Qəhrəmanov üz-üzə gəlib. Kokauri qızıl, Qəhrəmoanov isə gümüş medal əldə edib.

Bununla da, millimiz Avropa Kuboku yarışını 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.

Qeyd edək ki, 26 ölkədən 387 (269 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan millisi 10 cüdoçu ilə təmsil olunub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>