Enşteyn və Hokinqin yeni rəqibi, 1,5 ilə məktəbi bitirdi- Video | SON XƏBƏR | SON XƏBƏR

Enşteyn və Hokinqin yeni rəqibi, 1,5 ilə məktəbi bitirdi- Video

albert_enteyn_v_stiven_hokinqin_yeni_rqibi_15_il_mktbi_bitirdi-videoBelçikanın Brüqqe şəhərinin sakini olan 8 yaşlı Louran Simon 1,5 ilə məktəbi bitirib.

Məktəbi uğurla yekunlaşdıran Simon tətil bitdikdən sonra universitetə qəbul olmağa hazırlaşır.

Artıq Avropanın bir çox prestijli universitetləri ağıllı oğlanı qəbul etməyə hazır olduqlarını bildiriblər.

Onun IQ-sünün 145 ball olduğu deyilir.

Mütəxəssislər fikrincə, illər keçdikcə Simonun intellekti artaraq Albert Enşteyn və Stiven Hokinqə çatacaq.

Simon jurnalistlərə açıqlamasında gələcəkdə kosmonavt, cərrah yaxud proqramçı olmaq istədiyini bildirib. Onun sevimli fənni riyaziyyatdır. Balaca vunderkind eyni zamanda tibb və rəqəmsal texnologiya ilə də maraqlandığını söyləyib. O, bütün boş vaxtını təhsilə, oxumağa və ya şahmat oynamağa sərf edir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>