Formula-1-in yeni mövsümünün tarixi açıqlandı | SON XƏBƏR | SON XƏBƏR

Formula-1-in yeni mövsümünün tarixi açıqlandı

bulvar_formula_280x1872019-cu ildə Formula-1-in ilk mərhələsi olacaq Avstraliya Qran-Prisinin təşkilatçıları Melburnda keçiriləcək yarışların ilkin tarixini açıqlayıblar. Dünya Avtomobil İdmanı Şurası onların bu qərarını təsdiqləyərsə, yürüşlər martın 14-dən 17-dək keçiriləcək.

Göstərilən tarix Formula-1 yarışlarında mövsümün ən tez başlanğıc günü olacaq. Avstraliya Qran-Prisinin başlanma tarixi dünya çempionatının Birləşmiş Ştatların Sebrinq şəhərində keçiriləcək WEC marafon yarışları ilə eyni vaxta düşür. WEC-2018/19 “supermövsüm”ünə “Toyota” komandasında gedən ispaniyalı Fernando Alonso Formula 1-də karyerasını davam etdirərsə, bu iki yarış arasında seçim etməli olacaq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>