Fransa dünya çempionu oldu - DÇ-2018 | SON XƏBƏR | SON XƏBƏR

Fransa dünya çempionu oldu – DÇ-2018

dc-2018-topu_300x16812:15

Bu gün dünya çempionatı sona çatır.

Moskvanın "Lujniki" stadionunda Fransa və Xorvatiya qarşılaşacaqlar. Bu oyunun qalibi dünya kubokunu başı üzərinə qaldıracaq.

Saat 19:00-da başlayacaq qarşılaşam "İctimai" televiziya vasitəsiylə canlı yayımlanacaq.

Artıq final oyununun şərhçiləri də məlumdu. Tanınmış şərhçilər Gündüz Abbaszadə və Tural Dadaşov möhtəşəm finalı azərbaycanlı azarkeşlər üçün şərh edəcəklər.

***

Bakı vaxtı ilə 19:00-da Fransa - Xorvatiya oyunu başlayıb.

Canlı yayımı BURADAN izləyə bilərsiniz.

***

19-cu dəqiqədə Mandzukiç avtoqolu sayəsində Fransa hesabı açıb: 1 - 0

***

Perişiç 29-cu dəqiqədə hesabı bərabərləşdirib: 1-1

***

38-ci dəqiqədə Qrizman penalti zərbəsi ilə Fransanı hesabda irəli çıxarıb: 2-1

***

59-cu dəqiqədə Poqba Fransanın üçüncü qolunu vurub.

***

Matçın 65-ci dəqiqəsində Embappe hesab arasındakı fərqi 3 topa çatdırıb. Cəmi 4 dəqiqə sonra Mandzukiç Xorvatiyanın 2-ci qolunu vurub. Hazırda hesab 4:2-dir.

***

Beləliklə, Fransa DÇ-2018-in qalibidir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>