İran qorunmalı, ÜTT yenilənməlidir - Tuskdan çağırış | SON XƏBƏR | SON XƏBƏR

İran qorunmalı, ÜTT yenilənməlidir – Tuskdan çağırış

tusk_300x179Avropa Birliyi və Çin İranla nüvə razılaşmasının qorunub saxlanılmasının tərəfdarıdır.

Bunu jurnalistlərə açıqlamasında Avropa Şurasının rəhbəri Donald Tusk deyib. O bu razılaşmanın ləğvinin AB və Çinin maraqlarına uyğun gəlmədiyini bildirib.

Tusk həmçinin Rusiya, ABŞ və Çini Ümumdünya Ticarət Təşkilatında tezliklə reformalara başlamağa çağırıb:

“Dünya nizamının qorunması bizim ümumi məsuliyyətimizdir. Xüsusilə bu, Avropa, Çin, ABŞ və Rusiyanın məsuliyyətidir. Biz möcud olan nizamı dağıtmamalı, əksinə onu yaxşılaşdırmalı, ticarət müharibələri başlatmamalıyıq”.

Qeyd edək ki, Pekində AB-Çin sammiti başlayıb. Bu tərəflər arasında bu formatda keçirilən 20-ci sammitdir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>