İranda dollar rekorda yüksəldi | SON XƏBƏR | SON XƏBƏR

İranda dollar rekorda yüksəldi

dollar_285x187İranda sərbəst bazarda 1 dollar 10 min tüməndən baha olub.

İranda son bir neçə aydır yüksəlişi dayanmayan dollar bazarda 10 min 700 tümənə dəyişdirilir.

Avro 12 min 650 tümən, 1 türk lirəsi isə 2 min 250 tümən dəyərindədir.

İranda dolların qısa müddət ərzində 4 mindən 7 min 500 tümənə yüksəlməsindən sonra Prezident Həsən Ruhaninin hökuməti apreldə dolların 4 min 200 tümədə sabit saxlanılmasına qərar vermiş və sərbəst bazarda alğı-satqı qadağan etmişdi.

Dolların qəfil artımından əziyyət çəkən ticarətçilər bir müddət əvvəl küçə aksiyaları keçirmişdi.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>