İstidən bezib, elə bir şey düzəltdi ki... - Cəmi 7-8 qəpiyə başa gəlir - FOTOLAR | SON XƏBƏR | SON XƏBƏR

İstidən bezib, elə bir şey düzəltdi ki… – Cəmi 7-8 qəpiyə başa gəlir – FOTOLAR

2571430_300x169Türkiyədə yaşayan 35 yaşlı qəssab Əli Doğan isti havadan bezib, maraqlı bir çarə tapıb.

Doğan baha olduğu və insan səhhətində problemlər yaratdığı üçün kondisioner almaq istəməyib. Təxminən ay yarım araşdırdıqdan sonra kafedə gördüyü sərinkeşlərdən ruhlanaraq daha sağlıqlı bir "kondisioner" yaratmağa qərar verib.

Təxminən 300 TL-yə aldığı sərinkeş pərlərini boş bir həsirlənmiş böyük şüşəyə yerləşdirib. Su və buz parçaları ilə işləyən bu qurğunun enerji sərfiyyatı isə saatda yalnız 7-8 qəpik tutur. Son dərəcə qənaətcil olan qurğunun iş sistemi də çox sadədir.

Həsirlənmiş böyük şüşənin üzərinə yerləşdirilən pər isti havanı çəkib içəridəki buzlu suya vurur. Daha sonra içəridə qalan və soyuyan hava şüşənin üzərindəki çıxışlardan otağa yayılır. Bu sistemdə otaq təxminən bir saat içərisində istənilən temperatura çatır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>