Jirinovskidən Türkiyəyə: Siz Krımı tanıyın, biz də... | SON XƏBƏR | SON XƏBƏR

Jirinovskidən Türkiyəyə: Siz Krımı tanıyın, biz də…

jirinovski_300x167Moskva-Ankara əməkdaşlığını Rusiya və Belarusun ittifaq dövləti formatına qədər genişləndirmək imkanları var.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya səfər edən Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

“Ərdoğan bizə müsbət yanaşır. Əlbəttə, o, həmçinin Qərblə münasibətlərə malik olmaq istəyir, ancaq Qərb bunu istəmir. Türkiyə müsəlman ölkəsidir və Qərbin müsəlmanlarla çoxsaylı problemləri var. Türkiyə ilə Rusiya arasında isə qarşılıqlı faydalı əlaqələr var. Ümid edək ki, Ərdoğanın yeni müddətində münasibətlər bütün istiqamətlər üzrə kəskin şəkildə aktivləşəcək, hərbi əməkdaşlığın genişləndirilməsi mümkün olacaq. Perspektivdə Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi Birliyinə də qoşula bilər. Biz Türkiyə ilə Belarusla olduğu kimi sazişin və heç bir viza olmamasının tərəfdarıyıq”, - Jirinovski bildirib.

Jirinovskinin sözlərinə görə, Türkiyə və Rusiya Krımın Rusiyaya birləşdirilməsi və Şimali Kipr Türk Respublikasının tanınması kimi məsələlərdə razlıq əldə edə bilər:

“Bizdə Krım məsələsi birdəfəlik həllini tapıb. Səhv 1991-ci ildə Yeltsinin bu məsələni açıq saxlamasında idi. Kipr məsələsi isə artıq 44 ildir müzakirə olunur. Mən “qara polkovniklərin” (1974-cü ildə Yunanıstanı idarə edən hərbi xunta) etdiyi çevrilişi xatırlayıram. Biz kompromis tərəfdarıyıq: Türkiyə Krımı tanıyır, biz də öz üzərimizə düşəni edirik”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>