Məşhur kitablar haqqında bilmədiyimiz gerçəklər | SON XƏBƏR | SON XƏBƏR

Məşhur kitablar haqqında bilmədiyimiz gerçəklər

kitab_10_300x169Klassiklər, çox sevdiyiniz kitablar və hekayələr…

İlk çap olunan kitabların üzərində yazarın adının qeyd olunmaması maraqlı məlumatdır. Bəzi əsərlər var ki, onların yaranmasında daha qəribə hadisələr baş verib. Bəs sevərən oxuduğunuz əsərlər haqqında xüsusi məlumatlarınız nə qədərdir? Bu əsərlərin necə yaranması barədə nələr bilirsiniz?

Məşhur kitablar haqqında çox az adamın bildiyi həqiqətləri təqdim edirik:

Mark Tven - "Tom Soyyerin macəraları"

Bu makina ilə yazılmış ilk kitabdır. M.Tven Reminqton firmasının daimi makina müştərisi olub.

Lev Tolstoy - Hərb və sülh

Ən önəmli klassik əsərlərdən olan “Hərb və sülh”ü Tolstoy hələ makina icad edilmədiyi dövrdə yazıb. Əlbəttə, həmin dövrə qədər bir çox kitab yazılıb. Lakin bu kitabı xüsusi edən məqam isə onun Tolstoyun həyat yoldaşı tərəfindən 7 dəfə əl ilə yazılmasıdır.

Ernest Vincent - Gadsby

Vincenstin 1939-cu ildə qələmə aldığı bu kitabın özəlliyi, bir sözdə belə “e” hərfinin istifadə edilməməsidir. Kitabda 50 110 söz var.

Viktor Hüqo - "Səfillər"

"Səfillər" Viktor Hüqonun romanları arasında ən çox tanınan və bəlkə də, ən təsirlisidir. Romanın girişi çox uzun cümlələrdən ibarətdir. Hətta bir cümlə var ki, 823 sözdən ibarətdir və 3 səhifə tutur. Bu cümlə kitabın üçüncü hissəsindədir və Fransız ədəbiyyatının ən uzun cümləsi olaraq qəbul edilir.

Fyodor Dostoyevski - "Qumarbaz"

Dostoyevski bu kitabı 25 günə yazıb. Çünki qumar borcunu ödəməli idi. Təcili yazdığına görə yazar stenoqraf tutub. Romanını yazdırdığı stenoqraf - Anna Grigoryevna ilə sonra evlənib.

Conatan Svift - "Quliverin səyahəti"

Quliverin bu kitabı tamamilə sirlərdən ibarətdir. O bu kitabında Mars planetinin iki peyki - Foboz və Deymosun ölçüləri və dönmə sürəti ilə bağlı yazıb. Bu peyklər kitab çap olunandan 100 il sonra alimlər tərəfindən təsdiqlənib.

Vladimr Nabokov - "Lolita"

Nabokov bu əsəri Parisdə ingilis dilində yazıb. Lakin kitabın ədəbsiz olduğu bildirilərək Fransa, Cənubi Amerika, Yeni Zelandiya, Kanada, İngiltərə və Argentinada qadağan edilib. Bir tərəfdən isə kitab Amerikada ilk üç həftədə 100 min tirajla satıldı.

Arthur Conan Doyl - "Şerlok Holms"

"Şerlok Holms" bu gün dünyada ən çox tanınan və sevilən əsərdir. Əslində göz həkimi olan Doyl maddi sıxıntılar çəkdiyi üçün yazıçı olmağa qərar verib.

Loenadro da Vinçi - "Lester Kodeksi"

Leonardo da Vinçi hidrologiya, su hərəkəti, geologiya və astronomiya üzrə bəzi araşdırmalarını bir dəftərə yazıb. Ona "Kodeks Lester" adını verib. Bu dəftər 1994-cü ildə Bill Qeyts tərəfindən xüsusi kolleksiyasına əlavə edilməsi üçün 30.8 milyon dollara satın alındı. Bu özəlliyi ilə dünyada ən baha satılan kitab oldu.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>