Məşhurların “Jara”nın final gecəsində qırmızı xalı yürüşü baş tutdu - FOTO | SON XƏBƏR | SON XƏBƏR

Məşhurların “Jara”nın final gecəsində qırmızı xalı yürüşü baş tutdu – FOTO

xcvasdv_a_300x169Azərbaycanda, Xəzər dənizi sahillərində artıq 3-cü dəfdir ki, keçirilən "Jara" Beynəlxalq Musiqi Festivalı öz işini başa çatdırır. Bu gün festivalın bağlanış mərasimi keçiriləcək.

“Jara-2018” Beynəlxalq Musiqi Festivalının sonuncu konsert proqramına start verilib. Konsertdən əvvəl ulduzların qırmızı xalıda yürüşü baş tutub. Bu gün Valeriy Meladzenin, Lyubov Uspenskayanın yaradıcılıq gecələri təşkil olunacaq. Habelə A`Studio, Denis Klyaver, EMIN, LOBODA, MBAND, Aleksandr Panayotov, Aleksey Çumakov, Albina Canabayeva, Anjelika Aqurbaş, Ani Lorak, VIA Qra, Vera Brejneva, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Diana Arbenina, İrina Dubtsova, Polina Qaqarina, Slava, Soso Pavliaşvili, Timur Rodrigez, Yuliya Kovalçuk və başqalarının ifaları təqdim ediləcək.

Gürcü əsilli müğənni Valeriy Meladzeni qırmızı xalıdan xanımı Albina Canabayeva müşayiət edib.

Təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovun olduğu festivalda Aygün Kazımova da iştirak edir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>