“Neftçi” Rumıniya klubunu məğlub etdi
Türkiyənin Bolu bölgəsində baş tutan yoxlama matçında "Neftçi” rəqibi Rumıniyanın "Politexnika” komandasını məğlub edib.
Qarşılaşma "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını 23-cü dəqiqədə Rəhman Hacıyev, 64-cü dəqiqədə Baqali Dabo, 90-cı dəqiqədə isə Rəşad Eyyubov vurub.
Qeyd edək ki, "Neftçi" əvvəlki üç yoxlama matçında da qələbə qazanıb. Makedoniyanın "Şkupi” və Rumıniyanın "Dunarya Kalaraşi” klublarını 2:0 hesabı ilə məğlub edən komanda Bosniya və Herseqovina "Çelik”ini 4:1 hesabı ilə üstələyib.