Ölkə üzrə elektrik enerjisi tam bərpa olundu | SON XƏBƏR | SON XƏBƏR

Ölkə üzrə elektrik enerjisi tam bərpa olundu

elektrik-xetleri-1_283x187Hazırda ölkə ərazisində elektrik enerjisinin təminatı tam bərpa olunub.

Bunun nəticəsində enerji təchizatında yaranmış məhdudiyyət “Azərenerji” ASC-nin mütəxəssisləri tərəfindən çevik tədbirlərlə aradan qaldırılıb.

Hadisənin törətdiyi fəsadların aradan qaldırılması üçün müvafiq texniki işlər görülür.

Xatırladaq ki, bu gün saat 15:30 radələrində Mingəçevir şəhərindən 151 km məsafədə yerləşən Ağsu rayonunun Bico kəndində və Yevlax rayonunun Xanabad kəndindən 20 km məsafədə eyni vaxtda Hava Elektrik Veriliş xəttlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın baş verib. Baş vermiş yanğın elektrik enerjisinin ötürülməsi sistemində qəzaya səbəb olmuşdu.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>