Putin: Məğlub olsalar da, onlar qəhrəmandır | SON XƏBƏR | SON XƏBƏR

Putin: Məğlub olsalar da, onlar qəhrəmandır

putin_topRusiya Prezidenti Vladimir Putin millinin xorvatlara məğlub olmasına baxmayaraq, rus futbolçuların qəhrəman olaraq qaldıqlarını bildirib.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

“Putin oyunu izlədi, azarkeşlik etdi. Bizimkilər gözəl və ədalətli oyunda məğlub oldular. Onlar bizim üçün qəhrəmandırlar. Onlar meydanda can qoydular. Onlarla fəxr edirik”, - Peskov bildirib.

Xatırladaq ki, dünya çempionatının 1/4 final mərhələsinin son oyununda Rusiya millisi Xorvatiya futbolçularına penalti zərbələrində məğlub olaraq mundialla vidalaşıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>