Putinin futbol əfsanələrinə gizli sualı - DÇ-nin qalibi | SON XƏBƏR | SON XƏBƏR

Putinin futbol əfsanələrinə gizli sualı – DÇ-nin qalibi

putin-futRusiya Prezidenti Vladimir Putin Kremldə əfsanəvi futbolçularla görüş keçirib.

Kremldəki görüşdə Xorxe Kampos, Lotar Matteus, Peter Şmeyxel, Dieqo Forlan, Aleksandr Skott, Zvonomir Boban və Marko van Basten kimi simalar iştirak edib.

İştirakçılar arasında FİFA prezidenti Canni İnfantino və Rusiya Futbol İttifaqının vitse-prezidenti Nikita Simonyan da yer alıb.

Görüş zamanı Putin futbol əfsanələrindən mundialın qalibi olacaq komanda barədə gizli proqnoz vermələrini istəyib.

“Siz dünya səviyyəli ekspertlərsiniz. Bəlkə, mətbuat buranı tərk etdikdən sonra bu il dünya kubokunu kimin əldə edəcəyi ilə bağlı fikirlərinizi mənimlə bölüşəsiniz?” - Rusiya prezidenti gülərək söyləyib.

Putin eyni zamanda dünya çempionatının gedişindən razılığını qeyd edib:

“Dünya çempionatı yaxşı gedir, yüksək notlarda, çoxlu sürprizlər var. Sözün düzü, idman mübarizəsini gözəlləşdirən də elə budur. Həmişə ən güclü qalib gəlir”.

Xatırladaq ki, futbol üzrə dünya çempionatı 14 iyun-15 iyul tarixləri arasında Rusiyanın 11 şəhərində keçirilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>