Qeyri-adi eynək hazırlandı - Video | SON XƏBƏR | SON XƏBƏR

Qeyri-adi eynək hazırlandı – Video

eynek_249x187“Magic Leap” şirkəti yeni əlavə reallıq eynəyi prototipini nümayiş etdirib.

Əlavə reallıq texnologiyasında ixtisaslaşan “Magic Leap” startapı “Google” və “Alibaba” kimi texnoloji nəhənglər tərəfindən dəstəklənir. Yeni qurğu eynək, hesablama platforması və interfeysin idarəetməsi üzrə kontrollerdən ibarətdir.

Eynək işıq sahəsinin fotonu tərəfindən rəqəmli işığın müxtəlif dərinlik və kəskinliklə generasiya olunduğu “Digital Lightfield” texnologiyasından istifadə edir. Bu işığın təbii işıqla qarışması nəticəsində real dünya ilə uyuşan rəqəmli obyektlər yaranır. Eynək, həmçinin, xüsusi ötürücülər, 6 kamera və 4 mikrofon ilə təchiz edilib.

Sistem ötürücüləri kontroller olmadan gözlərin, baş və əllərin hərəkətlərini izləyir.

Yayın sonunadək ABŞ-da satışa çıxarılacaq eynəyin qiyməti barədə məlumat verilmir.

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>