Şadlıq evlərində qiymətlər: 250 manata menyu - Video | SON XƏBƏR | SON XƏBƏR

Şadlıq evlərində qiymətlər: 250 manata menyu – Video

restoran_(5)_282x187Paytaxtda elə şadlıq sarayları var ki, menyuları 150, 200, hətta 250 manatdır. Təəccüblüsü budur ki, belə restoranların sayı gündən-günə artır. Ancaq cəmiyyətdə bu, birmənalı qarşılanmır. Bəzi vətəndaşlar elə bu qiymətə görə toylara gedə bilmədiklərini deyirlər. Sosioloqlar da bu halın cəmiyyətə bir sıra mənfi təsirlərinin olacağını deyirlər.

Əksər vətəndaşlar bu qiymətlərin həddindən artıq şişirdildiyini düşünür.

Sosioloq Əhməd Qəşəmoğlu restoranların bu cür bahalı menyular təklif etməsini arzuolunan hesab etmir. Onun sözlərinə görə, bu halın sosioloji baxımdan cəmiyyətə bir sıra mənfi təsirləri ola bilər. Sosioloqun fikirincə, cəmiyyətdə maddi dəyərlər mənəvi dəyərləri kölgədə qoymamalıdır.

Bəs görəsən, restoranlarda menyuların bu dərəcədə baha olmasının səbəbi nədir? Ümumiyyətlə restoran işlədənlər bahalı menyuların səbəbini nə ilə izah edir?

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, restoran menyularının qiymətini tənzimləmək üçün xüsusi mexanizmlər hazırlamaq olar. Xüsusən bu sahədə maarifləndirici tədbirlərin görülməsinə ciddi ehtiyac var

Qeyd edək ki, restoranlarda qiymətlərin bu qədər baha olmasından qazanan sadə insanlar yox, elə restoran sahiblərinin özləridir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>