Tramp lovğalandı: NATO liderləri mənə təşəkkür edirlər ki... | SON XƏBƏR | SON XƏBƏR

Tramp lovğalandı: NATO liderləri mənə təşəkkür edirlər ki…

tramp_266x187ABŞ Prezidenti Donald Tramp NATO-nun Brüssel sammitindən sonra alyansa üzv ölkələrin liderlərindən çoxlu zənglər aldığını bəyan edib.

Bu barədə Tramp Tvitter səhifəsində paylaşım edib.

“NATO-ya üzv ölkələrin liderlərindən çoxlu zənglər aldım. Ölkələri bir yerə yığmağıma və onları maliyyə öhdəlikləri məsələlərində fokuslanmağa məcbur etməyimə görə təşəkkür etdilər. Bizim əla sammitimiz oldu” – deyə o bildirib.

Qeyd edək ki, Brüssel sammitindən öncə Tramp NATO ölkələrindən öz hərbi xərclərini ümumdaxili məhsullarının iki faizinə çatdırılmasını tələb edib. Sonradan sammitdə o bu həddin 4% olmasını istəyib. Trampın bu təklifi Fransa və Almaniyanın etirazına səbəb olub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>