Turizm göstəriciləri 6% artdı | SON XƏBƏR | SON XƏBƏR

Turizm göstəriciləri 6% artdı

turizm_300x145Ümumdünya Turizm Təşkilatı “Dünya Turizm Barometri” hesabatını yayımlayıb.

Hesabatda 2018-ci ilin ilk dörd ayında dünyanın bütün regionlarında turizmlə bağlı göstəricilərin artdığı (6%) bildirilib. Ən böyük artım Cənub-Şərqi Asiya (10%) və Cənubi Asiyada (9%) qeydə alınıb. Afrika və Yaxın Şərq ölkələri isə keçən ilin analoji dövrü ilə müqayisədə bu ilin ilk 4 ayında 6% və 4% çox turist qəbul ediblər.

Avropaya gələn turistlərin sayında isə 8% artım qeydə alınıb. Turistlər daha çox cənubi və qərbi Avropa, eləcə də Aralıq dənizi sahillərinə üz tutublar.

Cənubi və Şimali Amerikada isə artım 3% təşkil edib.

Yeganə geriləmə Karib hövzəsində qeydə alınıb. Buna əsas səbəb kimi 2017-ci ilin avqust və sentyabr aylarında baş verən qasırğalar göstərilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>