Yıldırım ilk dəfə açıqladı: Çevriliş gecəsi dedim ki... | SON XƏBƏR | SON XƏBƏR

Yıldırım ilk dəfə açıqladı: Çevriliş gecəsi dedim ki…

binali_300x150Çevriliş gecəsi TÜRKSAT peyk yayımının rəhbərinə xüsusi tapşırıq verdim.

Bu sözləri Türkiyə parlamentinin spikeri Binəli Yıldırım deyib.

"Ondan soruşdum ki, FETÖ-çular binaya hücum etsələr, yayımı davam etdirə biləcəksiniz? Dedi ki, yox, mümkün deyil. Dedim, dərhal hərəkətə keçin və təcili şəkildə tədbir görün, yayım davam etməlidir. Onlar da tədbir gördülər. Çevrilişə cəhd gecəsinin qəhrəmanları arasında media, televiziya əməkdaşları da var. Onların demokratiyaya verdikləri dəstəyi unutmaq olmaz. FETÖ-çular buranı bombardman etməklə, atəşə tutmaqla TÜRKSAT-ı məhv etmək istədilər, lakin alınmadı. Hadisələr zamanı burada çalışan 2 qardaşımızı itirdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - Yıldırım bildirib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>