Ərdoğan Almaniyadan bunu istəyəcək - KİV | SON XƏBƏR | SON XƏBƏR

Ərdoğan Almaniyadan bunu istəyəcək – KİV

erdogan_election_061214_300x157Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya yardıma ehtiyacı olduğu üçün gəlir.

Bu iddia ilə Almaniyanın “Berliner Zaytunq” qəzeti çıxış edib.

“Yaxın Şərqlə Avropa arasında ən önəmli bölgə olan Türkiyənin destabilizasiyasını heç kim arzulamır. Türkiyə liderinin səfəri zamanı yenə məhbuslar məsələsi gündəmə gələcək. Ərdoğan Almaniyaya qaçan və çevrilişə cəhd edənlər kimi xatırlananların ekstradisiyasını istəyəcək. Bunun da qarşılığında Türkiyə həbsdə olan 7 Almaniya vətəndaşını təhvil verəcək. Almaniya belə bir sövdələşməyə razı ola bilməz. Türkiyə hazırda iqtisadi böhran içindədir və böyük ehtimalla Türkiyə prezidenti buna görə Berlinə gəlir”, – deyə qəzet iddia edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>