11 saylı Cəzaçəkmə Müəssisəsində insana qayğı əsas prioritetdir | SON XƏBƏR | SON XƏBƏR

11 saylı Cəzaçəkmə Müəssisəsində insana qayğı əsas prioritetdir

11_türmə_cəzaçəkmə_müəssisə

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin bütün müəssisələrində olduğu kimi 11 saylı Cəzaçəkmə Müəssisəsində də insana, vətəndaşa olan qayğı əsas prioritetdir. Müəssisədə məhkumların asudə və istirahət vaxtlarıda səmərəli təşkil edilir. Eyni zamanda müəssisədə tibbi göstəricilərdə yüksək səviyyədə olmaqla, uğurlu nailiyyətləridə təmin edir. Məhkumlara vaxtlı vaxtında göstərilən tibbi xidmət nəticəsində onların arasında xəstəliklərin yayılmasının qarşısını alır və sağlamlıqlarını qoruyur. Bütün bu məqsədyönlü işlərə, tədbirlərə isə müəssisənin rəisi Penitensiar Xidmətin təcrübəli kadrlarından olan Ədliyyə polkovniki cənab Vəli Şirinov tərəfindən ciddi nəzarət edilir. Müəssisədə əməliyyat rejim işlərinin daim stabil qaydada saxlanılmasında müəssisə rəisinin əməliyyat rejim işləri üzrə müavini Ədliyyə mayoru İlqar Mirzəyevin və əməliyyat şöbəsinin rəisi Ədliyyə kapitanı Elnur Hüseynovunda nümunəvi xidmətləri təqdirə layiqdir. Qeyd edək ki, məhkumların asudə və istirahət vaxtlarının səmərəli təşkil edilməsində müəssisə rəisinin tərbiyyə işləri üzrə müavini Ədliyyə polkovnik-leytanantı Faiq Qarayevində müstəsna və danılmaz xidmətləri, rolu vardır. 11 saylı Cəzaçəkmə Müəssisəsində məhkumların faydalı əmək vərdişlərinə alışdırılması işləri də nümunəvi təşkil edilir. İstehsalat sahəsinin rəisi Ədliyyə mayoru Elçin Namazovun rəhbərliyi altında işləyən məhkumlar tərəfindən hazırlananan məhsullar da rəğbətlə qarşılanır və onları əlavə qazanclada təmin edir. Bütün bu dediklərimiz yazdıqlarımız bir daha sübut edir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin bütün müəssisələrində olduğu kimi 11 saylı Cəzaçəkmə Müəssisəsində də insana və vətəndaşa olan qayğı əsas prioritetdir.

İdeologiya.az


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>