Aktauda Xəzəryanı ölkələrin görüşü başladı | SON XƏBƏR | SON XƏBƏR

Aktauda Xəzəryanı ölkələrin görüşü başladı

elmar-xezer_300x13018:03

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü başlayıb.

Görüşdə avqustun 12-də baş tutacaq Xəzər sammitinin kommünikesi hazırlanacaq.

Görüşdə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov, Rusiya XİN başçısı Sergey Lavrov, Qazaxıstan XİN başçısı Kayrat Abdrahmanov, Türkmənistan XİN başçısı Rəşid Meredov və İran XİN başçısı Məhəmməd Cavad Zərif iştirak edir.

***

Beşinci Xəzər sammiti ərəfəsində Aktauda Qazaxıstan tərəfinin sədrliyi ilə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi keçirilib.

Müşavirədə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirləri iştirak ediblər.

XİN başçıları "Xəzər beşliyi"nin qarşıda duran yüksək səviyyəli görüşünə hazırlıq işlərinə yekun vurublar.

"Bu gün biz güzəşt və qarşılıqlı məqbul qərarların axtarışına göstərilən səylər sayəsində Xəzər dənizində qarşılıqlı fəaliyyətə aid bütün məsələlər üzrə razılığa gələ bildik. Prezidentlər tərəfindən imzalanmaya çıxarılan Xəzər dənizinin hüquqi statusuna dair konvensiya buna sübutdur", - deyə Qazaxıstanın XİN rəhbəri K.Abdrahmanov bildirib.

Qeyd olunur ki, görülən işləri Xəzəryanı dövlət başçılarının şəxsi diqqət və fəal iştirakı olmadan həyata keçirmək mümkün olmazdı.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>