Angela Merkel Bakıya səfərə gəlib – Foto | SON XƏBƏR | SON XƏBƏR

Angela Merkel Bakıya səfərə gəlib – Foto

president_resmi_qarshilama10:13

Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel avqustun 25-i Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Almaniyanın Kansleri Angela Merkeli hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Azərbaycan Respublikasına səfərə gələn Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin avqustun 25-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Almaniyanın Federal Kanslerinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Federal Kansleri Angela Merkeli qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Almaniyanın Federal Kanslerinə raport verib.

Prezident İlham Əliyev və Federal Kansler Angela Merkel fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Almaniyanın Federal Kansleri Azərbaycan əsgərlərini salamlayıb.

Almaniya Federativ Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Federal Kansler Angela Merkelə, Almaniya Federativ Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Federal Kansleri Angela Merkelin qarşısından keçib.

Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri rəsmi foto çəkdiriblər.

merkel-yaqub_640x470

merkel-bakida_640x442

15351814951627614062_1000x669_(1)_640x426

president_resmi_640x426


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>