Ara qızışır: Tramp onu siyasi quldur adlandırdı | SON XƏBƏR | SON XƏBƏR

Ara qızışır: Tramp onu siyasi quldur adlandırdı

tramp_300x180Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tarixinin ən pis rəhbəri Con Brennandır.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp şəxsi Tvitter səhifəsində yazıb.

“Con Brennanın məhkəməyə veriləcəyinə ümid edirəm. Prestijləri, dollarları, hətta kresloları üçün hər kəs bəzi şeyləri gizlətməyə çalışır. Bu da insanların niyə Brennanı qorumaq istədiyinin sübutudur. O, işini layiqincə yerinə yetirməyib. Brennan siyasi quldurdur”, - Tramp bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir müddət bundan əvvəl MKİ-nin keçmiş rəhbəri Con Brennanı məxfi informasiyalar əldə etmək hüququndan məhrum edib. Brennan isə Trampın seçkilərə Rusiya müdaxiləsi ilə bağlı həddini aşan davranışlarını satqınlıq adlandırıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>