Azərbaycanda superbenzinin qiyməti qalxdı | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycanda superbenzinin qiyməti qalxdı

benzin_280x187Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağın qiyməti qalxıb.

Yeni tariflərə əsasən, “Premium Euro-95”in satış qiyməti 1,50 manat, “Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub.

Hazırda ölkəyə idxal olunan “Premium Euro-95” markalı avtomobil benzininin hər litri orta hesabla, təxminən, 1.35-1.4 manata başa gəlir. Yanacaqdoldurma məntəqələrində bu markalı benzinin hər litrinin 1.25 manata satılması məhsulun idxal qiymətinin satış qiymətindən daha yüksək olduğunu aydın göstərir. Oxşar vəziyyət keçmiş müddətdə “Super Euro-98” markalı avtomobil benzinində də müşahidə olunurdu.

Müqayisə üçün bildirək ki, qonşu ölkələrdən Gürcüstan Respublikasında 95 oktanlı avtomobil benzininin satış qiyməti 1.03 ABŞ dolları, yəni 1.75 manat, 98 oktanlı benzinin satış qiyməti 1.07 ABŞ dolları, yəni 1.82 manat, Türkiyədə isə müvafiq olaraq 1.14 ABŞ dolları, yəni 1.94 manat və 1.18 ABŞ dolları (2 manat) təşkil edir. Ukrayna Respublikasında bu növdə avtomobil benzinlərinin satış qiyməti müvafiq olaraq 2 manat və 2.07 manat civarındadır. Vacib məqam bundan ibarətdir ki, qonşu Gürcüstan Respublikasında da bizdə olduğu kimi, adı çəkilən neft məhsulları istehsal edilmir və tələbat dünya bazarından idxal hesabına ödənilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>