Azərbaycanın iqtisadi artım tempi ilə bağlı şad xəbər | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycanın iqtisadi artım tempi ilə bağlı şad xəbər

moody_300x184"Mudi" beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyini gözləyir.

Agentliyin hesabatı xəbər verir ki, ölkə iqtisadiyyatındakı bu ilin ilk 6 ayındakı göstəricilər onu deməyə əsas verir ki, əvvəlki illərdə başlanılan və hazırda davam etdirilən islahatlar nəticələrini verməkdədir. Əlverişli xarici mühit, ötən il neft qiymətinin orta hesabla 54 dollar olması, milli valyutanın sabitliyi və inflyasiyanın azalması Azərbaycan iqtisadiyyatının bərpasına gətirib çıxarıb.

"Biz gözləyirik ki, Azərbaycanda ÜDM-in artımı bu il 1,5 faiz, gələn il 3 faiz artacaq. Bu, neft qiymətinin bahalaşmasının davam etməsi və Azərbaycan məhsullarının ixracının artımı ilə izah olunur", - deyə hesabatda bildirilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>