Azərbaycanlılardan Merkelə Qarabağ müraciəti | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycanlılardan Merkelə Qarabağ müraciəti

merkelll_282x187Almaniya Kansleri, beynəlxalq siyasi səhnənin nüfuzlu fiqurlarından olan Angela Merkelin Cənubi Qafqaza ilk səfəri region və dünya mediasının diqqət mərkəzindədir. Bu səfər Azərbaycan üçün bir çox baxımdan ciddi və əhəmiyyətli hadisə hesab olunur.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, səfər ərəfəsində Almaniyada yaşayan azərbaycanlılar xanım Merkele müraciət edərək ölkələrimiz arasında münasibətlərin tarixinə kiçik ekskurs edib, qarşılıqlı iqtisadi əlaqələrin inkişafı, ticarət dövriyyəsi, mədəni əlaqələrin bugünkü mənzərəsi barədə fikirlərini bildirib, bundan sonrakı əməkdaşlığımızın daha yüksək keyfiyyət nöqtəsinə çatacağına inandıqlarını bəyan ediblər.

Olduqca müsbət haldır ki, sağlam düşüncəli soydaşlarımızın Merkelin bölgəyə səfəri, dövlətlərimiz arasında münasibətlərin mövcud səviyyəsi, Dağlıq Qarabağ münaqişəsinin həllində Almaniyanın nizamlayıcı rolu və digər bu kimi mühüm məsələlərlə bağlı fikirlərinin əks olunduğu yazılar Almaniya mətbuatında geniş yer alıb. Yazılarda Almaniya-Azərbaycan münasibətlərinin istiləşməsindən ehtiyatlanan, Azərbaycanı sevməyən ermənipərəst qüvvələrin maliyyələşdirdiyi bəzi qrupların Angela Merkelin Azərbaycana səfərinin əhəmiyyətinə kölgə salmaq cəhdlərindən də bəhs edilir. Dərc olunan yazıda qeyd olunur ki, kiçik təxribatçı “qruplar”ın nümayiş etdirdikləri mövqenin vətənpərvər, dövlətlərimiz arasında münasibətlərin davamlı və möhkəm olmasında maraqlı olan azərbaycanlıların mövqelərinə heç bir aidiyyəti və təsiri yoxdur.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>