Bu ölkələr bizə müdaxilə edəcək - ABŞ | SON XƏBƏR | SON XƏBƏR

Bu ölkələr bizə müdaxilə edəcək – ABŞ

bolton_284x187ABŞ hökuməti Çin, İran və Şimali Koreyanın 2018-ci ildə keçiriləcək aralıq seçkilərinə müdaxiləsindən narahatdır.

Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.

“Dəqiq deyə bilərəm ki, milli təhlükəsizliyimiz Çin, İran və Şimali Koreya müdaxiləsi səbəbindən təhlükə altındadır. Biz buna yol verməmək üçün tədbirlər görürük”, - Bolton bildirib.

O, təhlükənin məhz hansı ölkədən gəldiyini deməyib:
“Mən təfərrüata getməyəcəyəm, amma deyə bilərəm ki, bu 4 ölkə (Rusiyanı da əlavə edib) 2018-ci ildə keçiriləcək seçkilər üçün ən böyük təhlükədirlər”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>