Dənizçilərimiz çempion oldu - Video | SON XƏBƏR | SON XƏBƏR

Dənizçilərimiz çempion oldu – Video

denizci-voleybol“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsi çərçivəsində hərbi gəmilərin heyətləri arasında voleybol yarışı keçirilib.

İlk görüşdə İran komandası ilə qarşılaşan Azərbaycan hərbi dənizçiləri qalib gəlib. Qazaxıstan və Rusiya komandalarının oynu da Qazaxıstan dənizçilərinin qələbəsi ilə başa çatıb.

Final oyunlarında isə İran komandası Rusiya dənizçilərinə, Azərbaycan hərbçiləri isə Qazaxıstan komandasına qalib gəlib.

Dostluq turnirinin yekununa görə Azərbaycan birinci, Qazaxıstan ikinci, İran komandası isə üçüncü yerə layiq görülüb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>