Gürcüstanın NATO üzvlüyünün bədəli: Bu iki bölgəni itirir | SON XƏBƏR | SON XƏBƏR

Gürcüstanın NATO üzvlüyünün bədəli: Bu iki bölgəni itirir

kosacev_300x169Gürcüstan NATO-ya Abxaziya və Cənubi Osetiyasız daxil olacaq.

Bunu Rusiya Federasiya Şurasının xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçev deyib:

“Gürcüstan NATO-ya üzv olacağı halda, Abxaziya və Cənubi Osetiya ətrafında yaranmış münaqişə bağlanılacaq. Yəni, Gürcüstan bu iki bölgə istisna olmaqla, mövcud sərhədlər daxilində NATO-ya qoşulacaq”.

Onun sözlərinə görə, NATO-ya üzvlük Gürcüstanla Rusiya arasında normal əlaqələrin perspektivlərini ciddi şəkildə pozacaq: “Bu, Rusiya sərhədləri yaxınlığında bölgələrin ittifaqın planlaşdırılmasına daxil edilməsi demək olacaq. Əlbəttə, bu, Rusiyanın maraqlarına uyğun deyil.

Əminəm ki, Gürcüstanın təhlükəsizliyi yalnız region ölkələri ilə yaxşı qonşuluq, ölkənin hərbi bloklarla və ittifaqlara qoşulmaması prinsipləri əsasında təmin edilə bilər”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>