İki atletimiz Avropa çempionatının finalında | SON XƏBƏR | SON XƏBƏR

İki atletimiz Avropa çempionatının finalında

nazim-kopelloBerlində atletika üzrə Avropa çempionatı keçirilir. Azərbaycan bu çempionatda üç idmançı ilə təmsil olunur.

İdmançılarımızdan Nazim Babayev və Aleksis Kopello üçtəkanla tullanma, Anna Skidan isə çəkicatma yarışlarında çıxış edirlər.

Avqustun 10-da kişilərin üçtəkanla uzunluğa tullanma yarışlarının təsnifat mərhələlərində çıxış edən Azərbaycan atletləri Aleksis Kopello və Nazim Babayev qitə çempionatının finalına vəsiqə qazanıblar. A.Kopello 16,82 metr nəticə ilə bütün rəqiblərini geridə qoyaraq birinci olub və həlledici mərhələyə yüksəlib. Digər idmançımız N.Babayev isə 16,54 metr göstərici ilə beşinci olub. Bu, ona final mərhələsində mübarizə aparmaq imkanı verib.

Çempionatın üçtəkanla tullanma yarışlarının finalı avqustun 12-də təşkil ediləcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>