İnstaqram və Feysbukdan daha bir - Yenilik | SON XƏBƏR | SON XƏBƏR

İnstaqram və Feysbukdan daha bir – Yenilik

instaaa_299x187İnstaqram və Feysbuk sosial şəbəkələri istifadəçilərinə yeni funksiya təqdim eləməyə hazırlaşır.

Bu barədə İnstaqram və Feysbukun rəsmi nümayəndələri Amit Ranadiv və Devid Qinzberq birgə bəyanat yayıblar.

Bəyanatda bildirilir ki, istifadəçilərin sözügedən sosial şəbəkələrdə keçirdikləri zamana nəzarət edə bilmələri üçün hər istifadəçi qabaqcadan keçirmək istədiyi vaxtı təyin edəcək, limiti keçdikdə isə bildiriş alacaq.

Bunun üçün “Tənzimləmələr” bölməsində İnstaqramda “fəaliyyətiniz”, Feysbukda isə “Sizin Feysbukda vaxtınız” funksiyasını aktivləşdirmək lazım gələcək. Bundan sonra istifadəçilər gün ərzində sosial şəbəkədə nə qədər vaxt keçirdiyini öyrənə biləcəklər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>