Kəndimizin son günü (130-cu yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (130-cu yazı)

TeylorYaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

130-cu Fəsil

Geridə qalan fəsillərdə Novruzlunun ən məşhur materialbazının zibilinə düşərək, (daha doğrusu gec verdiyi salama görə) xeyli xərci çıxmış Qasımov İnkişaf Əliş oğlundan danışdıq. Birinci hadisə deyildi bu, onun ötkəmliyini, sözü şax deməyini sınıra bilməyən Novruzlu materialbazları Qasımov İnkişaf Əliş oğlundan yanıqlı idilər, ilk fürsətdə qələmlərinin zəhərli ucunu ona batıraraq ora-bura dartdıraraq zəhləsini tökməkdən həzz alardılar. Qəribə fantaziyaları var idi, kəndimizin əskimiş, naftalin iyi verən köhnə-külüş materialbazlarının əgər təcili nəysə çıxardısa, yəni gözlərinə sataşan yağlı məsələ boyatımasın deyə, qonşu kəndlərdə çatdırıb donosu yazdıra bilməyəndə məcbur qalaraq sözləri, hərfləri əcaib hala salıb özləri yazardılar.

Qaçqınlığın ilk illərində yaşadığım Mingəçevirdə indi cəhənnəmdə şeytana mirzəlik edənlərdən ən məşhur ikisinin mən də qəzəbinə gəlmişdim. Məndən yazılan uydurma imzasız məktublarla tanış olanda köhnə şagird dəftərinin iki cızıqlı vərəqində yazılan çin heroqliflərinə oxşayan cümlələrdən, sözlərdən, hərflərdən heçnə anlaya bilmədiyimdən barəmdə nə uydurduqlarını bilməsəmdə, vaxtımı, əsəbimi xeyli tarıma çəkə bildilər, bu iki ayaqlı bioloji varlıqlar. İnsan psixoloqiyasına ölərini iyrənc prizmasından baxdıqlarından məhz, həmin məqamdan əsəblərlə oynamağı bacarırdı belələri. Kəndimizin materialbazları adla deyildiyindən, yəni camaata, əməlləri məlum olduğundan onlardan kənar dayanmağa, məsafəli dolanmağa, yalandan üzlərinə gülərək gün ərzində neçə dəfə görsələr salam verməyə özlərini məcbur edərdilər. Bu materialbazlarında rayonda bağlı olduqları, donos daşıdıqları, işverənlik etdikləri təşkilatlar, məsul şəxslərdə müxtəlif çapda olardı. Milis uçaskovusuna işverənlər, bir başa rəisə, prokurora da işləyənləri camaat yaxşı tanıyaraq özlərini belələrindən hər addım başı qoruyardılar. Hərdən rayona gedən materialbazlarımız daş yolun kənarında camaatdan ayrı dayanar, avtobusa sallaq salıb minməzdilər, rayona bir rubla sərnişin daşıyan şəxsi maşınlardan istifadə edərdilər. Təbii ki, bir rublu verəsi deyildilər, xaltura eləyənlərin əksəriyyəti sovxozda adı olub, fəaliyyətsiz ştatların maaşların aldıqlarından bir növ suçlu hiss edərək özlərini, materialbazlardan gediş haqqını almağa cəsarət etməzdilər, sonra başları ağrımasın, azından bir aylıq puldan məhrum olmasınlar. Əgər birdən xaltura edən materialbazdan pul alardısa sayılmadığını, gücünün tükəndiyini fikirləşə bilərdi, şarkavoy qələmi, iki cızıqlı göy dəftəri daim qoltuq cibində, ürəyinin başında olan qorxulu adam yazardı ki, flankəs sovxozdan havayı maaş alır, iş yerini tanımır, xaltura edir, nələr, nələr, belə məktubları həsrətlə göləyənlər, çörəyi bu tipli yoxlamalardan çıxaranlarda, insan talelərinin qəbirstanlıqlarına çevirdikləri qara papkalar qoltuqlarında sovxozun idarəsinə gələr, çək-çevir başlardı. Nəticə həmin qorxulu adamdan, yəni materialbazdan, bir rublu almış xaltura edən üçün acınacaqlı bitər, azından doxsan doqquz rubl zibilə, ziyana düşərdi. Niyə doxsan doqquz rubl, ariflərə aydın olsada açmasınıda deyim, yəni qara papkalılara yüz rubldan aşağı, töycü halını almış, sistematik rüşvətdən aşağı məbləğ təklif etmək olmazdı, xırım-xırda beş, on, əlli rubl dəyərində də xırda çaplı məmurlara verilənlərdən fərqli belə işlərdə, əgər qoltuqda papkada var idisə onda məsələ minnətlə, yüzlüklə bağlanardı. Materialbazdan aldığı bir rublun üstünə doxsan doqquzuda əlavə edərək cibləri talanan, yayın cırhacır istisində, qışın şaxtasında çətinliklə olsa iki-üç dəfə, maşın çox olduğundan çətinliklə sərnişin tapa bilən, yazıq xaltura edənində gücü onu durduğu yerdə zibilə salmış məlum ünvana yağlı söyüşlər göndərməkdən başqa əlacı, gücü heçnəyə çatmazdı. Söyüşüdə təklikdə, özdə eşidilməkdən qorxa-qorxa dodaqlarının arasında səsləndirərdi ki, təzədən zibilə düşməsin.

Novruzluda xüsusi bir statusla, imtiyazla özlərinin olmayan ömürlərini bax beləcə yaşayan materialbazlara söyülən gizli-aşkar söyüşlərdən, edilən qarğışlardan az qala lənət dağı yaranmışdı. İnsan bir işə, yaxşılı-pisli öyrəndisə dayanmır, gedir, gedir, artıq müsbət və ya mənfi təyinatlı bu yolların sonunu axtarır, bəni-adəm, yəni yazdıqları şərli-şəbədəli, ağ yalanlı, böhtanlı cızmaqaralara reaksiya, bir azda havayı pul-para, zəkkum dadan havayı ət, yağ, nələr, nələr əlçatan olurdusa belələri daha da şirnikərək məktubları çoxaldardılar. Sovet sistemində qəribə bir sistem mövcud idi, anonim məktubu yoxlayıb zərərsizləşdirən, hədəf olan insanın ciblərini sözün əsil mənasında talayan məsul şəxs onun qarşısına şərtdə qoyardı ki, məsələni həll etdim, elə hərəkət et ki, birdə yazılmasın – deyərək, anonim yazanları eldə-obada qorxulu fiqurlara çevirərək belələrinə bilərəkdən yaşıl işıq yandırardılar. Canını xərclə-xəsərətlə güclə qurtarmış başıbəlalı bir rublun bəlasına keçən sadəlövh xaltura edən və digər işlə məşğul olaraq qəzəbə gələnlərdə çıxış yolunu onları zibilə salan materialbazın araya salıb könlünü payla-pürüşlə, ya da rayonda görəndə günorta yeməyi almaqla, maşınları ilə qulluğunda olmasını bildirməklə özlərini şarkavoy qələmin, iki cızıqlı şagird dəftərindən qoparılmış list vərəqin nəqafil bəlalarından bir növ sığortalayardılar.

Təbii ki, bütün bu sadaladıqlarımı dişləri bağırsaqlarını kəsə-kəsə məcburiyyətlə etdiklərindən, materialbazın o dünyada rahat qalmayan ölənin-itənin ünvanına dünyanın ən qatı, pis söyüşlərini yağdırmaqla yanan ürəklərini sakitləşdirərdilər. Dünyanın tək, bizlərin isə çoxluq təşkil etdiyi, tanrı möcüzəsi həyatın kəndimizdə davam etdiyi, cığırların yollara qovuşduğu, acısı-şirini, ağı qarası birbirinə qarışmış saniyələrə, dəqiqələrə, saatlara qovuşaraq bizləri faciələrimizə, qanlı erməni tufanına doğru tələsə-tələsə qovardı. Gələn fəsildə də maraqlı xatirələr, nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>