Lavrov Yunanıstanla yaşanan böhrandan danışdı | SON XƏBƏR | SON XƏBƏR

Lavrov Yunanıstanla yaşanan böhrandan danışdı

lavrov_gulumse_282x187İki ölkənin xalqlarını mədəni köklər birləşdirir, uzun illərdir mövcud olan dostluq və sevgi bir çox sahədə əməkdaşlıq üçün möhkəm zəmin yaradıb.

Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov Yunanıstanla yaşanan böhran barədə danışarkən deyib.

"Bu il iki ölkə arasında diplomatik münasibətlərin 190-cı, imzalanan qarşılıqlı sülh müqaviləsinin 25-ci ili tamam olur. Yunanıstanda keçirilən Rusiya Turizm ili də əməkdaşlığın nümunələrindən biridir", - Lavrov qeyd edib.

Qeyd edək ki, yunan hökuməti ötən ay iki rus diplomatı deportasiya edib, iki mülki rusiyalının isə ölkəyə girişini qadağan edib. Sözügedən şəxslər yunanıstanlı rəsmilərə rüşvət verməkdə ittiham edilir. Onlar Makedoniyanın NATO-ya daxil olmasına icazə verməmək üçün müqavilənin pozulmasına çalışıblar.

Bundan sonra rəsmi Moskva Afinaya bir neçə dəfə xəbərdarlıq edib. Afina ötən gün Moskva səfirini geri çağırıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>