Lotu Quli həbs xəbərindən danışdı - Açıqlama | SON XƏBƏR | SON XƏBƏR

Lotu Quli həbs xəbərindən danışdı – Açıqlama

lotu_quli_217x1872018.08.22. 21:19

Azərbaycanlı qanuni oğru Lotu Qulinin (Nədir Səlifov) həbs edilməsi barədə ötən gün yayılan xəbər təkzib olunub.

Bu barədə Lotu Quli özü virtualaz.org-a danışıb. Nadir Səlifov sayta açıqlamasında deyib ki, həbsi barədə məlumat həqiqəti əks etdirmir:

"Bu, KİV-in mənim barəmdə yaydığı növbəti yalandır".

Lotu Qulinin hazırda Türkiyədə olduğu da bildirilib.

Qeyd edək ki, ötən gün Yenicag.az kriminal avtoritetin Çernoqoriyada saxlanıldığı haqda məlumat yaymışdı. Onun paytaxt Podqoritsada İnterpol tərəfindən saxlanıldığı iddia edilirdi.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>