Messidən tarixi qol: 9 ildən sonra… - Video | SON XƏBƏR | SON XƏBƏR

Messidən tarixi qol: 9 ildən sonra… – Video

messi_new_290x187Argentinalı futbolçu Lionel Messi "Barselona" klubunun İspaniya çempionatında 6000-ci qolunu vurub.

Bu tarixi hadisə ilk turda "Alaves"lə ev oyununa təsadüf edib.

Messi 64-cü dəqiqədə cərimə zərbəsini dəqiq yerinə yetirib. O, 90+2-ci dəqiqədə də fərqlənib. Daha bir qolu isə 83-cü dəqiqədə Filippe Koutinyo vurub. Beləliklə, "Barselona" 3:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Lionel Messi “Barselona”nın La Liqada vurduğu 5000-ci qolun da müəllifi olub. Bu, 1 fevral 2009-cu ildə "Rasinq"lə XXI tur görüşünə təsadüf edib. "Barselona"nın 2:1 hesabı ilə qalib gəldiyi oyunda da Messi iki qol vurub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>