Müharibənin Suriyaya vurduğu zərər açıqlandı – Şok hesabat | SON XƏBƏR | SON XƏBƏR

Müharibənin Suriyaya vurduğu zərər açıqlandı – Şok hesabat

suriya_zerer_300x169

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qərbi Asiya İqtisadi və Sosisal Komissiyası (ESCWA) 7 ildir davam edən müharibənin Suriyaya vurduğu zərərin həcmini açıqlayıb.

Komissiya müharibənin Suriyaya 388 milyard dollara başa gəldiyini bildirib.

Hesabata görə, dağıdılmış yol, infrastruktur, yaşayış binaları və digər obyektlərin ümumi həcmi 120 milyard dollardır. Müharibənin davam etdiyi dönəmdə məhsuldarlığın aşağı düşməsinə görə, Suriyanın Ümumi Daxili Məhsul (ÜDM) itkisi 268 milyard dollardan çoxdur.

Komissiyanın ehtimalına görə, Suriyadakı vətəndaş müharibəsində indiyədək 400 min insan həyatını itirib, 22 milyonluq ölkə əhalisinin 50%-i yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb. Ən az hər 5 suriyalıdan biri başqa ölkədə yaşayır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>