Növbəti ixrac missiyası Çinə gedir | SON XƏBƏR | SON XƏBƏR

Növbəti ixrac missiyası Çinə gedir

cin_290x187“Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası 29 avqust-3 sentyabr tarixlərində Çin Xalq Respublikasının Urumçi şəhərinə təşkil olunacaq.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, ixrac missiyasına müsabiqə əsasında seçilmiş və qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə istehsalı sahəsində fəaliyyət göstərən 21 Azərbaycan şirkəti daxildir.

Səfər zamanı Azərbaycan və Çin şirkətlərinin nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək, ixrac məsələləri müzakirə ediləcək.

İxrac missiyası çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan məhsulları Urumçi şəhərində keçiriləcək “Çin-Avrasiya” sərgisində də nümayiş olunacaq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>