"Qarabağ"ın rəqibi bu gün bəlli olur | SON XƏBƏR | SON XƏBƏR

“Qarabağ”ın rəqibi bu gün bəlli olur

Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

Keçiriləcək 36 qarşılaşma ilə pley-off mərhələsinə yüksələn komandalar bəlli olacaq.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə mübarizədən məğlub ayrılaraq turnirlə vidalaşan “Qarabağ”ın da Avroliqanınn pley-off-undakı rəqibi müəyyənləşəcək. Ağdam təmsilçisi "Valür” (İslandiya) - "Şerif" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq. Moldovada keçirilən ilk görüşdə “Şerif” 1:0 hesablı qələbə qazanıb. Bu dəfə isə komandalar İslandiyada üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da oynanılacaq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>