Rəssamlarımızın əsərləri Türkiyədə təqdim edildi - Foto | SON XƏBƏR | SON XƏBƏR

Rəssamlarımızın əsərləri Türkiyədə təqdim edildi – Foto

qenire_sergi_(4)_281x187Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyi, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB, "AzəriMed", "Veysəloğlu" şirkətlərinin, "Lider Logistik"in və Türkiyənin Üçhisar bələdiyyəsinin dəstəyi ilə Kapadokyada fiziki imkanları məhdud olan iki gənc istedadlı rəssam Ramil Əhmədov və Behbud Cəfərquliyevin sərgisini təşkil ediblər.

Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı təşkil edilmiş və bələdiyyə başqanları, QHT və KİV rəhbərlərinin, təşkilat sədrlərinin, ziyalıların və çoxlu sayda yerli sakinin iştirak etdiyi sərginin açılışında millət vəkili Qənirə Paşayeva gənc rəssamlar Ramil Əhmədovun və Behbud Cəfərquliyevin fitri istedadlarından bəhs edib.

“Bu 2 istedadlı gəncin əsərləri bir daha sübut edir ki, fiziki məhdudiyyətli insanlar cəmiyyətdə heç də digər yaşıdlarından geri qalmır, əksinə daha çox həyata bağlanaraq, öz xəyal və arzularını gerçəkləşdirməyə can atır. Sərgidə nümayiş edilən əsərlərə baxdıqca, sanki tamaşaçı Ramil Əhmədovun və Behbud Cəfərqulievin işıqlı könül dünyasına səyahət edir, onların xəyal və fikirlərinin məhsulu ilə tanış olur. Onların əsərlərində vətənpərvərlik bir xətt kimi keçir. Ramilin və Behbudun qəlbində böyük bir Türk dünyası sevdası var və “bir millət iki dövlət” düşüncəsini onların bir sıra əsərlərində görmək mümkündür. Türkiyəni heç zaman görməsələr də, Türkiyəni çəkən bu gəncləri Türk dünyası daha yaxından tanımalıdır, onlara daha çox dəstək olmalıyıq və Türkiyədəki qardaş-bacılarımıza onlara göstərdikləri sevgi və dəstək üçün təşəkkür edirik”, - millət vəkili bildirib.

Q.Paşayeva gənclərə uğurlar arzulayıb və sərginin açılışında iştirak edən hər kəsə, özəlliklə sərginin təşkilində əməyi keçənlərə xüsusi təşəkkürünü bildirib. Millət vəkili bildirib ki, sərgi iştirakçıları əsərləri almaqla birinci qrup əlil olan Ramilin və Behbudun əsərlərindən zövq almaqla yanaşı, həm də rəssama mənəvi və maddi dəstək vermiş olarlar.

Sərginin açılışında çıxış edən tədbirin təşkilatçılarından Üçhisar bələdiyyə başqanı Əli Qaraaslan, Nevşehir bələdiyyə başqanı Atilla Seçən və Nevşehir bölgəsinin digər bələdiyyələrinin rəsmiləri hər iki rəssamın yaradıcılığına heyran olduqlarını bildirblər və Azərbaycandan olan rəssam qardaşlarımızı burada görməkdən və sərgilərinin təşkilinə dəstək vermələrindən çox məmnunuq deyiblər. Sərgiyə yüzlərlə insan gəlib və sərgi böyük maraqla qarşılanıb. Rəssamlar və ailə üzvləri onlara göstərilən dəstək üçün sərginin təşkilatçılarına və iştirakçılara təşəkkürlərini bildiriblər. Rəssamlarımız Ramil Əhmədovun və Behbud Cəfərquliyevin sənətsevərlərlə də görüşü olub, onları maraqlandıran sualları cavablandırıblar. Eyni zamanda sərginin təşkilatçıları hər iki rəssamımızın Kapadokyanın tarixi-mədəni yerləri ilə yaxından tanış olması, onların KİV nümayəndələri və sənətsevərlərlə görüşünü də təşkil ediblər. Azərbaycandan ilk dəfə getdikləri xarici ölkənin məhz qardaş Türkiyə olmasının və ilk sərgilərinin məhz qardaş Türkiyədə keçirilməsindən çox xoşbəxt olduqlarını deyən rəssamlarımız R.Əhmədov və B.Cəfərquliyev onlara bu xoşbəxtliyi yaşatdıqları üçün sərginin təşkilatçılarına təşəkkür ediblər, bundan sonra daha əzmlə çalışacaqlarını və yeni sərgilərə hazırlaşacaqlarını bildiriblər. Rəssamlarımızın bəzi əsərləri sənətsevərlər tərəfindən də alınıb.

Daha sonra Kapadokyada Qənirə Paşayevanın kitablarının təqdimatı olub.

Üçhisar bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çoxlu sayda ziyalılar, gənclər iştirak ediblər. Tədbirdə çıxış edən Üçhisar bələdiyyə başqanı Əli Qaraaslan dəvətlərini qəbul edərək qədim Kapadokyada müəllifi olduğu kitablarının təqdimatını keçirdiyinə görə millət vəkili Q.Paşayevaya təşəkkürünü bildirib və bu cür tədbirlərin gənclər üçün önəmindən danışıb. Bu cür gözəl tədbirin təşkili üçün tədbir təşkilatçılarına təşəkkür edən millət vəkili Qənirə Paşayeva onlara Azərbaycandan, Qarabağdan, Türk dünyasından, Kərkük, Axısxa, Krım, Bayırbucaq, Türkməndağı, Təbriz, Dərbənd, Borçalı, Şimali Kiprdən danışıb və yaxşı öyrənməyə çağırıb. Türk millətinin gənc nəsilləri üçün kitabın önəmindən də danışan millət vəkili Q.Paşayeva çoxlu sayda gənclərin imza mərasiminə qatılmasından çox məmnun olduğunu deyib. Millət vəkili Q. Paşayeva kitablar barədə məlumat verərək gənclərə kitablarına böyük maraq göstərdikləri üçün təşəkkür edib. Türk dünyasının problemləri və çıxış yolları barədə də danışan millət vəkili Q. Paşayeva gəncləri ortaq tariximizi yaxşı oxumağa, öyrənməyə çağırıb:

“Dünyanın harasında doğulub, harasında yaşamasından asılı olmayaraq hər bir Türk insanı ortaq tariximizi yaxşı bilməlidir və bütün məsələlərdə bir-birimizə daha çox dəstək verməliyik. Bu kitablar gənclərimiz arasında Türk dünyasını daha yaxşı tanımağa öz töhfəsini verə biləcək. Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>